Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda 2008-2010-cu illər təvəllüdlü idmançılar iştirak edəcəklər. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçiriləcək. Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.

Noyabrın 30-da start götürəcək turnir iki gün davam edəcək.

Xəbər 342 dəfə oxundu.