Şahmatçımız onlayn “Titled Tuesday Blitz” turnirində beşinci yeri tutub
Azərbaycan şahmatçısı onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

Təmsilçimiz Vüqar Manafov (5 xal) liderdən yarım xal geri qalaraq beşinci yeri tutub. Digər təmsilçilərimiz Vasif Durarbəyli 7,5 xal, Murad İbrahimli 6,5 xal toplayıblar.

Yarışın qalibi 9,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura olub.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.

Xəbər 260 dəfə oxundu.