"Neftçi" ilk qələbəsini qazandı, "Bakı" yenə heç-heçə etdi
Bu gün Azərbaycan Premyer Liqasında III turun oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə 4 görüş baş tutub.

Mövsümə uğursuz start verən Gəncənin "Kəpəz" klubu doğma meydanda paytaxtın AzAL komandasını qəbul edib. Geridə qalan iki turda məğlub olan "ağ-göy"lər mövsümdə ilk qələbəsini qazanmağa çalışacaqdı. Lakin "Kəpəz" üçüncü görüşündə də məğlub olub - 0:2.

Son Azərbaycan çempionu "Neftçi" klubu mövsümdə ilk ev matçına çıxıb. "Ağ-qaralar" doğma meydanda Qəbələnin eyniadlı komandası ilə qarşılaşıb. Ötən tur səfərdə "Qarabağ"a uduzan "Neftçi" həmin məğlubiyyəti unutdurmaq niyyətində idi ki, belə də olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən baqraqdar çempionatda ilk qələbəsini qazanıb.

Keçirdiyi hər iki görüşdən 1 xalla ayrılan Zaqatalanın "Simurq" klubu evdə "Turan"la üz-üzə gələcək. Turnir cədvəlinin qonşu pillələrində olan komandaların dueli böyük maraq doğurur. Tovuz təmsilçisi qələbə qazanacağı təqdirdə ən azı 6-cı pillədəki mövqeyini qoruyacaq.

Günə "Dalğa Arena"da baş tutan "Rəvan" - "Bakı" matçı ilə yekun vurulub. Aktivində 1 xalı olan hər iki komanda mövsümdə ilk qələbəsini qazanmaq arzusunda idi. Amma qələbə qazanmaq yenə bu kolletivlərə nəsib olmayıb, matç heç-heçə bitib.

Qeyd edək ki, III tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. "Sumqayıt" "Qarabağ"la, "İnter" isə "Xəzər Lənkəran"la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası. III tur
18 avqust (şənbə)

18:00. “Kəpəz” – AzAL - 0:2
Qollar: Junior Nildo, 31, 51
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Qəbələ” - 3:0
Qol: Cavid Imamverdiyev, 48, Julius Vobay, 54, Cavid Imamverdiyev, 89
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. “Simurq” – “Turan” - 3:0
Qol: Zdravko Popoviç, 80, 85; Mario Bojiç, 90
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu

20:00. “Rəvan” – “Bakı” - 0:0
Qol: Tofiq Mikayılov, 72 - Uinston Parks, 88
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
Dalğa Arena

19 avqust (bazar)

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:30. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
AzAL Arena stadionu

Xəbər 999 dəfə oxundu.