Boccia üzrə milli komandamız açıq Avropa çempionatında iştirak edəcək
Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə millisi İspaniyanın Sevilya şəhərində keçiriləcək açıq Avropa çempionatında iştirak edəcək.

Noyabrın 24-dən dekabrın 1-dək davam edəcək çempionatda yığmamız baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, çempionat “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Xəbər 402 dəfə oxundu.