Avropa birinciliyində uğurla çıxış etmiş taekvondoçularımızla görüş olub
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bosniya və Herseqovinada gənclər arasında keçirilən Avropa birinciliyindən qayıdan idmançılar, komandanın baş məşqçisi, Əməkdar məşqçi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də idmançıların şəxsi məşqçiləri - Tural Vəlibəyov, Günay Zeynalova, Vüqar Kərimovla görüş keçirilib.

Görüşdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov mükafat qazanan idmançıları təbrik ediblər. Taekvondoçulara növbəti yarışlarda da uğurlar arzulayan federasiya rəhbərliyi, onlara hədiyyələr təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, qitə birinciliyində gənclərdən ibarət millimizin üç üzvü - Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) qızıl medal, Pünhan Mürsəlov isə (45 kq) bürünc medal qazanıblar.

Xəbər 374 dəfə oxundu.