Azərbaycan – Rusiya matçının hakimləri müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İonela Alina Peşu olacaq. Ona Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.

Xəbər 292 dəfə oxundu.