Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib
Noyabrın 23-də Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edənlər idman zalının ərsəyə gəlməsində “London-2012” Yay Paralimpiya Oyunlarının qalibi, hazırda paracüdoçu qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi vəzifəsində çalışan Ramin İbrahimovun əməyini xüsusi vurğulayıblar.

Sonra tədbir iştirakçıları idman qurğusunda yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.

Xəbər 322 dəfə oxundu.