“Araz”dan təcrübə toplayacaqlar
“Son 7 ildə heyətimiz dəyişməmişdi. Lakin islahatların da vaxtı çatdı”. İdman.com.az saytının məlumatına görə, bu sözü Belarusun “Mapid” futzal klubunun baş məşqçisi Vladimir İqnatik deyib.

Bu gün Azərbaycan çempionu “Araz”la qarşılaşacaq Minsk təmsilçisinin çalışdırıcısı Latviyada keçirilən beynəlxalq turnirdə iddialı olmadıqlarını açıqlayıb. O, bildirib ki, “Araz” və digər rəqibləri ilə oyunlarda təcrübə toplayıb, öyrənmək daha önəmlidir:

“Bir müddət əvvəl heyətdə bir sıra dəyişikliklər edib gəncləri komandaya götürmüşük. Bundan başqa baxışda olanlarımız, yeni legionerlərimiz var. Bu üzdən Riqada öz hədəflərimiz üçün oynayırıq. Bura rəqiblərimizdən nə isə öyrənməyə gəlmişik”.

Xəbər 970 dəfə oxundu.