Azərbaycan Cüdo Federasiyasının yeni baş katibi təyin olunub
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda mühüm və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Xəbər 394 dəfə oxundu.