Dünya çempionatında uğur qazanan karateçilərimiz Vətənə qayıdıblar
Dubayda keçirilmiş karate üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız noyabrın 22-də Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda karateçilərimizin qarşılanma mərasimi olub. Milli komandanın üzvlərini Azərbaycan Milli Karate Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və mətbuat nümayəndələri qarşılayıblar.

Xəbər 363 dəfə oxundu.