Reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Şəki şəhər stadionunda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Reqbi-7 üzrə Azərbaycan birinciliyi keçirilib.

Yarışda Gəncə, Sumqayıt, Qarabağ, Qəbələ, Şəki və Şəmkirdən reqbiçilər iştirak ediblər.

Turnirin yekunlarına görə, “Qarabağ Reqbi Klubu” yüksək nəticə əldə edərək birinci yeri tutub.

“Sumqayıt Reqbi Klubu”nun təmsilçiləri ikinci, “Qəbələ” idman klubunun reqbiçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Xəbər 305 dəfə oxundu.