"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb | |
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək: Baş hakim: Morten Krox Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen Dördüncü hakim: Yorgen Dauqberq Burxardt Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. |
|
Xəbər 344 dəfə oxundu. |
|
|