Tərlan Quliyev “Keşlə”nin heyətində çempionatda 100-cü oyununu keçirib
Tərlan Quliyev “Keşlə” klubunun heyətində çempionatda 100-cü oyununu keçirib.

Premyer Liqanın XI turunda “Qarabağ” ilə görüşdə (0:1) əvəzetmədən sonra meydana daxil olan futbolçu “Keşlə”nin heyətində çempionatda 100-cü oyuna çıxıb.

T.Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda bu göstəriciyə altıncı mövsümdə nail olub. O, bu qarşılaşmalarda iki qol vurub.

Müdafiəçinin “Keşlə”dəki debütü də “Qarabağ” ilə matça təsadüf edib. 2016-cı il avqustun 7-də keçirilmiş həmin oyunda paytaxt klubu 2:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 295 dəfə oxundu.