2 basketbolçudan imtina edib
Azərbaycan milli komandası ilə bu gün qarşılaşacaq kişi basketbolçulardan ibarət Bolqarıstan yığması Bakıdakı oyun ərəfəsində islahata məruz qalıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Rosen Barçovski sərəncamında olan 2 oyunçudan imtina edib.

Çalışdırıcı Avro-2013-ün seçmə mərhələsinin ilk səfər qarşılaşmasında Hristo Zaxariyev və Stanislav Vaklinova ehtiyac duymayıb. Bununla da Bolqarıstan yığması ölkəmizə 14 oyunçu ilə gəlib. Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı saat 20:00-da başlayacaq.

Xəbər 1196 dəfə oxundu.