“Bakı-2021”: İsveçli Lina Sjoeberg ikili mini-batut yarışlarında birinci olub
Bakıda keçirilən dünya çempionatında qadınlar arasında ikili mini-batut üzrə fərdi yarışın mükafatçıları müəyyənləşib.

Rəqiblərini 70,900 xalla qabaqlayan isveçli Lina Sjoeberg dünya çempionu adını qazanıb. ABŞ idmançısı Şelbi Nobuhara 70 xalla yarışı ikinci, İspaniya təmsilçisi Melania Rodrigez isə 69,600 xalla üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

Xəbər 272 dəfə oxundu.