Karateçilərimiz dünya çempionatının son günündə mübarizə aparırlar
Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - noyabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan yığması Özbəkistan komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.

Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb.

Xəbər 340 dəfə oxundu.