Parakarateçilərimiz dünya çempionatında iki bürünc medal qazanıblar
Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar.

Komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.


Xəbər 383 dəfə oxundu.