“Neftçi”nin cavab matçının vaxtı müəyyənləşib
Avropa Liqasının IV təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Neftçi”nin səfərdə keçirəcəyi oyunun vaxtı dəqiqləşib.

İdman.com.az saytının məlumatına görə, avqustun 30-da Nikosiyada keçiriləcək qarşılaşmanın başlama saatı açıqlanıb.

GSP stadionunda baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Məhz həmin görüşdə “Neftçi” ilə APOEL-in avrokuboklardakı taleyinə aydınlıq gələcək.

Xəbər 879 dəfə oxundu.