Bakıda keçirilən dünya çempionatının ilk qızıl medalını fransalı gimnastlar qazanıblar
Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatının ilk qızıl medalını fransalı idmançılar qazanıblar.

Qadın tamblinqçilər arasında komanda yarışlarının finalında uğurla çıxış edən Fransa komandası 99,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belçika gimnastları 98,400 xalla gümüş, Böyük Britaniya təmsilçiləri isə 98,100 xalla bürünc medala sahib olublar.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Xəbər 383 dəfə oxundu.