Dünya çempionatında kişi tamblinqçilər arasında finala yüksələn komandalar bəlli olub
Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.

Kişi tamblinqçilər arasında finala yüksələn komandalar müəyyənləşib.

Noyabrın 21-də təşkil olunacaq finalda Rusiya Gimnastika Federasiyası (222,500 xal), Böyük Britaniya (215,900), ABŞ (210,100), Danimarka (209,100) və Ukrayna (203,400) komandaları çıxış edəcəklər.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 305 dəfə oxundu.