“Bakı-2021”: Kişilər arasında batut üzərində sinxron tullanış yarışlarında finalçılar müəyyənləşib
Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.

Kişilər arasında batut üzərində sinxron tullanış yarışlarında finalçılar müəyyənləşib.

Noyabrın 20-də təşkil olunacaq həlledici mərhələdə Andery Builov, Oleq Rabtsov (hər ikisi Belarus), Fabian Vogel, Mattias Pfleiderer (Almaniya), Coşua Farux, Pyer Qouzou (Fransa), Ruben Tavares, Lukas Santos (Portuqaliya), Mixail Melnik, Kirill Penteleev (Rusiya Gimnastika Federasiyası), Rayan Dutra, Rafael Nadrade (Braziliya), Kodi Qesuelli, Ruben Padilla (ABŞ), Hiroto Unno və Ryusei Nişioka (Yaponiya) mübarizə aparacaqlar.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 309 dəfə oxundu.