Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda təşkil olunan dünya çempionatında çıxış edib
Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda təşkil olunan dünya çempionatında çıxış edib.

Təmsilçimizin üçüncü qrupda təsnifat yarışlarında ilk cəhdi hakimlər tərəfindən 37,900 xalla qiymətləndirilib. Gimnastımız ikinci cəhdindən isə 37,300 xal alıb. İki çıxışın nəticəsində, 75,200 xal toplayan M.Malkin hazırda üçüncü pillədə qərarlaşıb.

Təmsilçimiz ilə eyni qrupda, israilli Yarin Dekimhi, Danimarka təmsilçiləri Cohannes Soemod, Maqnus Lindholmer, Martin Abildgaard, Adam Matthiesen, ABŞ gimnastları Çarles Larson, Aleksander Renkert və Kaden Braun yarışırlar.

Ümumi siyahıda ilk 8 pillədə qərarlaşacaq tamblinqçilər finala adlayacaq.

Kişi tamblinqçilərin yarışında 30-dək idmançı çıxış edir.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 295 dəfə oxundu.