Tamblinqçimiz Mixail Malkin bu gün dünya çempionatında mübarizəyə qoşulacaq
Bakıda keçirilən dünya çempionatının tamblinq yarışlarında ölkəmizi Mixail Malkin təmsil edəcək. Təmsilçimiz bu gün üçüncü qrupda təsnifat yarışlarında mübarizəyə başlayacaq.

Təmsilçimiz ilə eyni qrupda, israilli Yarin Dekimhi, Danimarka təmsilçiləri Cohannes Soemod, Maqnus Lindholmer, Martin Abildgaard, Adam Matthiesen, ABŞ gimnastları Çarles Larson, Aleksander Renkert və Kaden Braun yarışacaqlar.

Kişi tamblinqçilərin yarışında 30-dan artıq idmançı çıxış edəcək.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 387 dəfə oxundu.