Şahmat komandalarının Avropa çempionatının altıncı turu üçün heyətləri açıqlanıb
Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının noyabrın 18-də keçiriləcək altıncı turunun qarşılaşmaları üçün komandaların heyətləri açıqlanıb.

Bu turda kişi şahmatçılarımız Ermənistan, qadın təmsilçilərimiz isə İtaliya yığması ilə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komandamızın üzvü Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Rauf Məmmədov Robert Hovanisyan, Nicat Abbasov isə Samvel Ter-Sahakyan ilə qarşılaşacaqlar.

Qadın şahmatçılarımız Günay Məmmədzadə Marina Brunello, Gülnar Məmmədova Olqa Zimina, Xanım Balacayeva Tea Queçi, Ülviyyə Fətəliyeva Daniela Movilyanu ilə üz-üzə gələcəklər.
Beş turun yekunlarına görə, kişilərdən ibarət komandamız 8 xalla liderlər qrupunda yer alıb. Qadın şahmatçılarımız isə 7 xalla turnir cədvəlində 4-7-ci yerləri bölüşürlər.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Xəbər 720 dəfə oxundu.