Tamblinqçimiz dünya çempionatının təsnifat mərhələsində İsrail, Danimarka və ABŞ təmsilçiləri ilə yarışacaq
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən dünya çempionatının tamblinq yarışlarında ölkəmizi Mixail Malkin təmsil edəcək. Təmsilçimiz noyabrın 19-da üçüncü qrupda təsnifat yarışlarında mübarizə aparacaq.

Təmsilçimiz ilə eyni qrupda, israilli Yarin Dekimhi, Danimarka təmsilçiləri Cohannes Soemod, Maqnus Lindholmer, Martin Abildgaard, Adam Matthiesen, ABŞ gimnastları Çarles Larson, Aleksander Renkert və Kaden Braun yarışacaqlar.
Kişi tamblinqçilərin yarışında 30-dan artıq idmançı çıxış edəcək.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günü təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 283 dəfə oxundu.