Bakıda batut gimnastikası üzrə dünya çempionatında təsnifat yarışları davam edir
Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürüb.

Çempionatın birinci günündə kişilər batut gimnastikası, ikili minibatut, qadınlar isə batut, tamblinq və ikili minibatut üzrə fərdi proqram üzrə təsnifat yarışlarında güclərini sınayırlar.

Dünya çempionatında ölkəmizi bir idmançı – Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin təmsil edəcək. Təmsilçimiz tamblinq yarışlarında mübarizə aparacaq.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günü təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 318 dəfə oxundu.