AFFA-nın vitse-prezidenti bolqarıstanlı həmkarı ilə görüşüb
AFFA-nın vitse-prezidenti, Mili Məclisin deputatı Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının birinci vitse-prezidenti Mixail Kasabov ilə görüşüb.

Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının keçirilməsi barədə səmərəli müzakirələr aparılıb. Eyni zamanda, görüşdə hər iki ölkədə futbolun, o cümlədən uşaq futbolunun inkişafı sahəsində fikir mübadiləsi aparılıb.

Xəbər 308 dəfə oxundu.