“Səbail”in futbolçusu Liberiya millisinin heyətində qələbəyə sevinib
Bakının “Səbail” klubunun müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində növbəti matçına çıxıb.

O, “DÇ-2022”nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə oyunun iştirakçısı olub.

Qarşılaşma Liberiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan futbolçu 90 dəqiqə mübarizə aparıb. “Səbail”in futbolçusu 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Liberiya yığması yer aldığı C qrupunda 6 oyuna topladığı 6 xalla 3-cü olub.

Xəbər 319 dəfə oxundu.