Parapauerliftinqçilərimiz dünya çempionatına Gürcüstanda hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq idman növü üzrə milli komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi altında Gürcüstanın Bakuriani şəhərində keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak edir.

Hazırlıq prosesi noyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışından sonra millimizin üzvləri noyabrın 26-dan dekabrın 6-dək Tbilisidə keçiriləcək pauerliftinq üzrə dünya çempionatında güclərini sınayacaqlar.

Dünya çempionatında ölkəmizi Pərvin Məmmədov (49 kq), Zəhra Dadaşova (50 kq), Leyla Kərimova (+86 kq) və Nurlan Babacanov (97 kq) təmsil edəcəklər.

Xəbər 457 dəfə oxundu.