“Qarabağ”ın futbolçusu Türkiyəyə qarşı 90 dəqiqə oynayıb
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro millisində növbəti oyununu keçirib.

O, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə qarşılaşmanın iştirakçısı olub.

Monteneqro yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətdə meydana çıxan “Qarabağ”ın futbolçusu 90 dəqiqə oynayıb.

Veşoviçli Monteneqro yığması seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.

Xəbər 300 dəfə oxundu.