Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib
2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri və vaxtı müəyyənləşib.

10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək.

Pley-off iştirakçısı olan 12 komanda üç “dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il martın 24-25-də və 28-29-da baş tutacaq.

Xəbər 312 dəfə oxundu.