Avropa çempionatı: Komandalarımız Ermənistan və İtaliya yığmaları ilə qarşılaşacaqlar
Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.

Kişi şahmatçılarımız Ermənistan, qadın təmsilçilərimiz isə İtaliya yığması ilə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komandamız 4 turun yekunlarına görə, 8 xalla liderlər qrupunda mübarizə aparır. Qadın şahmatçılarımız isə 7 xalla turnir cədvəlində 4-7-ci yerləri bölüşürlər.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 278 dəfə oxundu.