Azərbaycan yığması Lüksemburq millisinə iki cavabsız qolla qalib gəlib
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.

Lüksemburqda meydan sahibi komanda ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qələbə qazanıb.

U-19-un qollarını 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə isə Mehrac Baxşəli vurublar.

Millimiz daha əvvəl keçirdiyi oyunlarda Belçika yığmasına 1:5, İspaniya seçməsinə isə 0:6 hesabı ilə məğlub olub.

Xəbər 294 dəfə oxundu.