İtaliyanın sabiq baş nazirinin həkimi klub prezidenti olub
İtaliyanın sabiq baş naziri və “Milan”ın keçmiş rəhbəri Silvio Berluskoninin həkimi Alberto Zanqrillo klub prezidenti olub.

A.Zanqrillo “Cenoa” futbol klubuna rəhbər təyin edilib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

1986-2017-ci illərdə “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. Səksən dörd yaşlı funksioner hazırda İtaliya B Seriyası təmsilçisi “Montsa”nın sahibidir.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Xəbər 290 dəfə oxundu.