Karateçimiz İrina Zaretska dünya çempionatının yarımfinalına vəsiqə qazanıb
Dubayda karate üzrə dünya çempionatı davam edir.

Turnirin birinci günündə 5 çəki dərəcəsində kumite yarışlarının ilkin mərhələləri keçirilir.

Karateçilərimizdən İrina Zaretska (68 kq) ilk qarşılaşmalarını uğurla başa vuraraq yarımfinala vəsiqə qazanıb.

Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi qatılıb. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.


Xəbər 286 dəfə oxundu.