“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Yaponiya tarixinin rəmzi komandasına düşüb
Yaponiyanın futbol tarixinin rəmzi komandası açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 11 nəfərlik siyahıya “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda da daxil edilib.

Keysuke Honda 2020-2021-ci il mövsümündə “Neftçi” ilə Azərbaycan Premyer Liqasının qalibi olub.

Otuz beş yaşlı yarımmüdafiəçi hazırda Litvanın “Suduva” klubunda oynayır.

Xəbər 502 dəfə oxundu.