AFFA-nın icraçı vitse-prezidenti Zaqatalada olub
Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov Zaqatalada olub.

Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş keçirilib. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Tədbirin sonunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və Birinci Divizionda mübarizə aparan “Zaqatala” klubunun prezidenti Musa Qurbanovun iştirakı ilə uşaqlarla oyun keçirilib.


Xəbər 293 dəfə oxundu.