Azərbaycanın U-19 komandası bu gün lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda sonuncu oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda meydan sahibi komanda ilə qarşılaşacaq.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan baş hakim Luka Bilbiya idarə edəcək. Ona Aleksandar Smilyanic (Bosniya və Herseqovina) və Qaret Vin Jones (Uels) kömək edəcəklər. Dördüncü hakim funksiyasını uelsli Robert İan Jenkins yerinə yetirəcək.

Millimiz daha əvvəl keçirdiyi oyunlarda Belçika yığmasına 1:5, İspaniya seçməsinə isə 0:6 hesabı ilə məğlub olub.

Xəbər 291 dəfə oxundu.