Avropa çempionatı: Şahmatçılarımız Rusiya və Ukrayna yığmaları ilə mübarizə aparacaqlar
Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçiriləcək.

Kişi şahmatçılarımız Rusiya, qadın təmsilçilərimiz isə Ukrayna yığması ilə qarşılaşacaqlar.

Kişilərdən ibarət komandamız 4 turun yekunlarına görə, 7 xalla liderlər qrupunda mübarizə aparır. Qadın şahmatçılarımız isə 6 xalla turnir cədvəlində 3-7-ci yerləri bölüşürlər.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 280 dəfə oxundu.