İspaniyanın “Luqo” klubu azərbaycanlı futbolçunu baxışa çağırıb
İspaniyanın “Luqo” klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərə başlayıb.

Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək.

Qeyd edək ki, E.İsrafilov iyunda “Albasete”dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq 2019-cu ilin noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları “Avro-2020”nin seçmə oyununda millinin formasını geyinib.

Xəbər 285 dəfə oxundu.