Azərbaycanın U-21 komandası bu gün Norveç yığmasını qəbul edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Norveç yığması ilə qarşılaşacaq.

“Bakcell Arena”da, saat 20:00-da keçiriləcək oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Vasilis Fotias olacaq. Ona Krisula Korompiliya və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Agelos Evangelu yerinə yetirəcək.

Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 12 xal olan Norveç və Avstriya yığmaları ilk üçlüyü qapayırlar. Finlandiya 10 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.

Xəbər 288 dəfə oxundu.