“Qarabağ”ın sabiq futbolçusu Polşa klubu ilə müqavilə imzalayıb
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Donald Gerye karyerasını Polşada davam etdirəcək.

O, 4-cü liqa təmsilçisi “Veçista”ya keçib. Klubun rəsmi saytı haitili yarımmüdafiəçi ilə bu mövsümün sonunadək müqavilə imzalandığını açıqlayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralınadək “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayınadək “Neftçi”də oynayıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

Xəbər 295 dəfə oxundu.