On beş yaşlı rumıniyalı futbolçu yeni rekorda imza atıb
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu turu çərçivəsində ötən gün keçirilən Lixtenşteyn-Rumıniya (0:2) matçı qonaq komandanın 15 yaşlı gənc yarımmüdafiəçisi Enes Sali üçün əlamətdar olub.

Enes Sali milli komandanın heyətində rəsmi oyunlarda iştirak edən ən gənc futbolçu kimi tarixə düşüb.

Görüşün 82-ci dəqiqəsində meydana çıxan futbolçu bu rekorda 15 yaş 264 günlüyündə imza atıb. Türk əsilli Enes Sali bununla da norveçli Martin Edeqora məxsus rekordu (15 yaş 300) yeniləyib.

Xəbər 301 dəfə oxundu.