Şahmatçılarımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Noyabrın 16-da Türkiyənin Mersin şəhərində 5-ci beynəlxalq şahmat turniri start götürəcək.

Yarışda Azərbaycanı 56 idmançı təmsil edəcək.

Yarışın reytinq favoriti rusiyalı şahmatçı Mixail Mojarovdur (2558).

Yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Turnir noyabrın 21-dək davam edəcək.

Xəbər 335 dəfə oxundu.