“Qızıl əlcək” klubunun üzvü Nihad Tağızadə Avropa birinciliyinin qalibi olub
Monteneqronun Budva şəhərində gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə Avropa birinciliyi keçirilib.

Qitə birinciliyində “Qızıl əlcək” klubunun yetirməsi, yığma komandamızın üzvü Nihad Tağızadə (51 kq) uğurla çıxış edib.

Finaladək bütün rəqiblərini mübarizədən kənarlaşdıran idmançımız həlledici mərhələdə Rusiyanı təmsil edən erməni əsilli Eduard Markaryan üzərində inamlı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xəbər 539 dəfə oxundu.