Azərbaycan Həndbol Federasiyasında iclas keçirilib
Azərbaycan Həndbol Federasiyasında (AHF) vitse-prezident Orxan Abbasovun sədrliyi ilə iclas keçirilib.

İclasda Federasiyanın şura üzvləri, komandaların baş məşqçiləri, Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib və qazilərə şəfa diləyiblər.

İclası açan Orxan Abbasov gündəlikdə duran məsələləri elan edib.

Sonra şura üzvlərinin fikirləri və təklifləri dinlənilib.

Həndbolçuların bir qrupunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol komandalarının bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.

Xəbər 347 dəfə oxundu.