Feliks Sançez: Azərbaycan millisi hücumameyilli futbol nümayiş etdirib qələbə qazanmaq istəyirdi
Hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Bu gün açıq oyun getdi. Azərbaycan millisi hücumameyilli futbol nümayiş etdirib qələbə qazanmaq istəyirdi. Rəqibdən belə oyun gözləyirdik.

Bunu Bakıda futbol üzrə Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirən Qətər millisinin baş məşqçisi Feliks Sançez matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. “Matçın nəticəsini ədalətli hesab edirəm. Baxımlı oyun alındı. Futbolçularım peşəkardırlar və hər oyuna yaxşı köklənirlər, hər oyunda qalib gəlmək istəyirlər. Bu gün yaxşı nəticə qazandıq.

Dünya çempionatına hazırlıq baxımından hər oyun bizim üçün vacibdir. Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Bu qrupda mübarizə aparmağımız bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu", - deyə F.Sançez əlavə edib.

Qeyd edək ki, Azərbaycan - Qətər oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər 280 dəfə oxundu.