Gənclər və idman naziri Azərbaycan Badminton Federasiyasının fəaliyyəti ilə tanış olub
Noyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Badminton Federasiyasının fəaliyyəti ilə tanış olub.

Badminton üzrə milli komandanın üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın vitse-prezidentləri Balakişi Qasımov, Mirzə Orucov və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Xəbər 374 dəfə oxundu.