“Keşlə”nin qapıçısı Şotlandiya yığmasına qarşı oyunda iştirak edib
Bakının “Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Moldova millisində növbəti oyunu keçirib.

35 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunan Şotlandiya ilə matçın iştirakçısı olub.

Moldovada keçirilən qarşılaşma Şotlandiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandasının start heyətində meydana çıxan S.Namaşko 90 dəqiqə meydanda olub.

Xəbər 301 dəfə oxundu.