Gənc taekvondoçumuz Avropa birinciliyində bürünc medal qazanıb
Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyində taekvondoçumuz Pünhan Mürsəlov bürünc medal qazanıb.

Gənclər arasında keçirilən yarışda 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Almaniya, Moldova təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda isə rusiyalı idmançıya məğlub olan P.Mürsəlov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda ölkəmizi 15 idmançı təmsil edir. Avropa birinciliyi noyabrın 15-də başa çatacaq.

Xəbər 335 dəfə oxundu.